Ən son xəbərlər:

02.04.2023 /18: 03 / Türkiyə neqativ kredit proqnozu ilə üz-üzədir

Türkiyə neqativ kredit proqnozu ilə üz-üzədir.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, S&P Türkiyənin kredit reytinqini “B” səviyyəsində təsdiqləyib və kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişib. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Beynəlxalq reytinq agentliyi Standard & Poor’s-un (S&P) verdiyi açıqlamada Türkiyənin uzunmüddətli kredit reytinqinin “B” səviyyəsində təsdiqləndiyini, kredit reytinqinin proqnozunun isə stabildən neqativə dəyişdirildiyini bildirib.

Kredit reytinq agentliyinin açıqlamasında bildirilir ki, fevral zəlzələlərindən sonra bərpa üçün Türkiyənin ÜDM-nin 12%-i həcmində yerli və xarici maliyyə vəsaiti tələb olunacaq.

Diqqətə çatdırılıb ki, pul və maliyyə sektoru siyasətinin proqnozlaşdırıla bilənliyi və səmərəliliyi və ölkənin tədiyə balansının vəziyyəti, xüsusilə Türkiyə Respublikası Mərkəzi Bankının xalis valyuta ehtiyatları yaxşılaşdırılarsa, kredit reytinqi yüksəldilə bilər.

Böyümə proqnozlarının da yer aldığı açıqlamada Türkiyə iqtisadiyyatının bu il 2,1 faiz, gələn il isə 2,8 faiz böyüməsi gözlənildiyi qeyd edilib.