Ən son xəbərlər:

30.03.2023/10:46/ Pentaqon hipersəs silahlarının sınaqlarını davam etdirəcək

ABŞ 2022-ci ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirib

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ 2022-ci ildə hipersəs silahlarının 12 uğurlu sınağı keçirib və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bunu çərşənbə günü müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Son vaxtlar etdiklərimizə baxsanız, bu, son bir ildə hipersəs silahlarının 12 uğurlu sınağıdır. Biz bu işi davam etdirəcəyik. Ostin belə deyib.