Ən son xəbərlər:

26.02.2023/17:20/ Moldova NATO-ya üzv olmağa can atsa da, ölkədə insanlar neytrallıq üçün dua edirlər

Moldova NATO-ya üzv olmağa can atsa da, ölkədə insanlar neytrallıq üçün dua edirlər.

xeberaz.info-nun məlumatına görə Moldova hakimiyyəti ölkəni müharibəyə sövq edir, cəmiyyətdə çaxnaşma salır və xarici dövlətlərin siyasətini həyata keçirir. Bunu ötən gün prezident kürsüsü qarşısında fleşmob təşkil edən Sosialistlər Partiyasının (PSRM) deputatları bildiriblər. Siyasi formasiyanın tərəfdarları küçələrə çıxaraq hakimiyyəti Moldova Respublikasında sülhü qorumağa və Konstitusiyada təsbit olunmuş neytrallıq statusundan əl çəkməməyə çağırıblar.

Şənbə günü keçirilən aksiyanın iştirakçıları moldovalıların sülhsevər xalq olduğunu vurğulayaraq Moldova sülh naminə şüarları səsləndiriblər. Onlar dövlət bayraqları, Sülhü təmin edin! və “Biz müharibə istəmirik!”şüarları yazılmış plakatlar gətirmişlər.

Biz bura Moldovanın neytrallığını qorumaq üçün toplaşmışıq. Biz heç kimlə müharibə etmirik və heç kimin bizim üçün döyüşməsini istəmirik. Yalnız biz mübarizə apara və neytrallığı, bütövlüyü qoruya bilərik. Yeganə arzu neytral və dinc ölkəyə sahib olmaqdır. Fləşmob iştirakçılarından biri belə deyib.

Mitinq iştirakçıları hakimiyyəti xalqı düşünməyə, xarici dövlətlərin müharibəyə aparan siyasətini yeritməməyə, sülhün və xalqının rifahının təmin olunması üçün əlindən gələni etməyə çağırıblar.