Ən son xəbərlər:

26.02.2023/12:49/ ABŞ hibrid super donuzların tamamilə yayılaraq əraziləri zəbt etməsini gözləyir

ABŞ hibrid super donuzların tamamilə yayılaraq əraziləri zəbt etməsini gözləyir.

xeberaz.info-nun məlumatına görə Şimali Amerika yeni bir təhlükə ilə üzləşib. Kanada super donuzu – soyuq iqlimdə sağ qala bilən, ABŞ-ın şimalına girməyə hazır nəhəng, inanılmaz dərəcədə ağıllı və tutula bilinməyən bir heyvandır. Bu barədə Britaniyanın Guardian qəzetində köşə yazarı Adam Qebbat yazır.

Super donuzu 1980-ci illərdə kanadalı fermerlər vəhşi qabanla  adi donuzları cütləşdirmək sayəsində yaranmışdılar. Nəticədə ağırlığı 300 kq olan heyvanlar daha çox ət verdi. Lakin bəzi fərdlər qaçmağa müvəffəq oldular və populyasiya sürətlə Kanada ərazisinə yayıldı.

Əvvəlcə mütəxəssislər hesab edirdilər ki, bu donuzlar sərt Kanada qışından sağ çıxa bilməz, amma məlum oldu ki, böyük olmaq soyuqda sağ qalmaq üçün böyük üstünlükdür. Ekspert Rayan Brukun sözlərinə görə, super donuz iki metr dərinliyə qədər olan qarda bir mağara qazır, onu ekstremal şəraitdə sağ qalmaq üçün qamışla əhatə edir,  ülgüc kimi iti dişləri isə qida hasil etməyə imkan verir.

Hələ 2010-cu ildən 2012-ci ilə qədər onları tapmaq və onlardan qurtulmaq üçün əhəmiyyətli bir şans var idi. Amma indi onlar o qədər geniş yayılıb və o qədər çoxdur ki, onların kökünü kəsmək mümkün deyil.

Amerikalı mütəxəssis Maykl Marlounun sözlərinə görə, vəhşi donuzlar məhsul yeməkdən tutmuş ağacları məhv etməyə və suyu çirkləndirməyə qədər ətraf mühitə böyük ziyan vurur. Onlar həmçinin müxtəlif patogenləri, o cümlədən virusları daşıdıqları üçün insan sağlamlığı və təhlükəsizliyi üçün təhlükə yaradırlar.