Ən son xəbərlər:

26.02.2023/08:38/ Lukaşenko Çinə dövlət səfəri edəcək

Lukaşenko Çinə dövlət səfəri edəcək.

xeberaz.info-nun məlumatına görə Belarus prezidenti Aleksandr Lukaşenko 28 fevral – 2 mart tarixlərində Çin Xalq Respublikasına dövlət səfəri edəcək və burada ÇXR rəhbərliyi ilə bütün ikitərəfli münasibətlər kompleksini və beynəlxalq problemləri müzakirə edəcək. Bu barədə şənbə günü Belarus prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Ticarət-iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişafı, birgə genişmiqyaslı layihələrin icrası, siyasi sahədə qarşılıqlı əlaqə, müasir beynəlxalq şəraitdə ən kəskin problemlərə cavab vermə məsələləri diqqət mərkəzində olacaq.  Prezidentin mətbuat xidmətindən belə bildirilib.