Ən son xəbərlər:

26.02.2023/07:58/ Aİ Rusiya ilə əməkdaşlığa görə İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edir

Aİ Rusiya ilə əməkdaşlığa görə İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edir.

xeberaz.info-nun məlumatına görə Avropa İttifaqı şənbə günü yeni anti-Rusiya sanksiyalar paketinə daxil olan şəxslərin və şirkətlərin, o cümlədən Aİ-nin Rusiyaya ikili təyinatlı malların tədarükündə iştirak etdiyini hesab etdiyi 7 İran şirkətinin siyahısını açıqlayıb.

AI Şurasının açıqlamasında göstərilib ki, göstərilən Iran şirkətləri və təşkilatları Rusiya hərbçiləri tərəfindən təcavüzkar müharibədə, o cümlədən vətəndaş infrastrukturuna qarşı istifadə olunan hərbi pilotsuz uçuş aparatları istehsal edirlər.