Ən son xəbərlər:

26.02.2023/07:33/ Minskdə MDB ölkələrinin Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək

Minskdə MDB ölkələrinin Daimi Nümayəndələr Şurasının iclası keçiriləcək.

xeberaz.info-nun məlumatına görə Fevralın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində Birliyə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidməti bu barədə məlumat verib.

İclasda MDB-nin baş katibi Sergey Lebedevin iştirakı planlaşdırılır.

Mətbuat xidmətindən bildirilib ki, iclasda daimi nümayəndələr 2021-2022-ci illərdə Birliyə üzv dövlətlərdə keçiriləcək prezident və parlament seçkiləri, eləcə də referendumlarda MDB Müşahidəçilər Missiyasının fəaliyyətini müzakirə edəcəklər.

Sənayeçilər və Sahibkarlar Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının iyunun 7-də Soçidə keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə də baxmaq niyyətindədirlər.