Ən son xəbərlər:

26.02.2023/06:37/ Çin Müdafiə Nazirliyinin nümayəndə heyəti Avropa Birliyi və NATO ilə məsləhətləşmələr aparıb

Çin Müdafiə Nazirliyinin nümayəndə heyəti Avropa Birliyi və NATO ilə məsləhətləşmələr aparıb.

xeberaz.info-nun məlumatına görə Çinin Müdafiə Nazirliyi beynəlxalq təhlükəsizlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələləri üzrə məsləhətləşmələr aparmaq üçün Avropaya nümayəndə heyəti göndərib.

Fevralın 16-dan 25-dək Çin Müdafiə Nazirliyi institusional dialoq və məsləhətləşmələr aparmaq üçün Macarıstan, Almaniya, Avropa Ittifaqı və NATO baş qərargahlarına nümayəndə heyəti göndərib,- idarənin məlumatında belə deyilir.

Bildirilir ki, səfərin əsas vəzifəsi müdafiə sahəsində ikitərəfli münasibətlərin inkişafı üzrə məsləhətləşmələrin aparılması, qarşılıqlı maraq doğuran beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı dərindən fikir mübadiləsi, qarşılıqlı anlayış və etimadın möhkəmləndirilməsi olub.