Ən son xəbərlər:

26.02.2023/06:26/ Rusiya sanksiyalara baxmayaraq Almaniyanın ən böyük kömür tədarükçüsü olaraq qalır

Rusiya sanksiyalara baxmayaraq Almaniyanın ən böyük kömür tədarükçüsü olaraq qalır.

xeberaz.info-nun məlumatına görə Rusiya, Ukraynadakı vəziyyətə görə Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, 2022-ci ildə Almaniyaya ən böyük daş kömür tədarükçüsü kimi qalıb. Bu barədə Almaniya Kömür İdxalçıları Assosiasiyasının məlumatlarına istinadən Bild qəzeti məlumat yayıb.

Ötən il Almaniya Rusiyadan 13 milyon ton kömür idxal edib ki, bu da 2021-ci illə müqayisədə 37% azdır.

Assosiasiyanın məlumatına görə, ümumilikdə Almaniya 2022-ci ildə 44,4 milyon ton kömür alıb ki, bu da 2021-ci illə müqayisədə 8% çoxdur. Ən böyük tədarükçü Rusiya olub. Ondan sonra ABŞ gəlir – Almaniya oradan 9,4 milyon ton daş kömür idxal edib ki, bu da 2021-ci illə müqayisədə 32% çoxdur. Üçüncü yerdə Avstraliya (6,3 milyon ton) qərarlaşıb.

Almaniya Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün ardıcıl addımlar atmaqdadır. Avqustun 10-da Aİ və Böyük Britaniyanın Rusiyadan kömür və bəzi digər malların idxalına embarqosu fəaliyyətə başlayıb. Sentyabrın 21-də Avropa Komissiyası yenidən işlənmiş təlimatı dərc edib. Qlobal enerji və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya kömürünün çatdırılmasına, maliyyələşdirilməsinə və sığortalanmasına icazə verib.