Ən son xəbərlər:

23.02.2023/18:51/ Afrika BMT Təhlükəsizlik Şurasında daimi yer almalıdır

Afrika BMT Təhlükəsizlik Şurasında daimi yer almalıdır.

xeberaz.info-nun məlumatına görə Misir bəyan edib ki, Afrika ölkələri BMT Təhlükəsizlik Şurasında təmsil olunmaq niyyətindədir. Bu barədə “MK-Egypt” məlumat yayıb.

Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin zəruriliyi məsələsi Afrika İttifaqının (Aİ) Efiopiyanın paytaxtında keçirilən sammitinin mövzularından biri olub. Bu barədə Misirin xarici işlər naziri Sameh Şükri Sky News Arabia telekanalına verdiyi şərhdə bildirib.

Misir diplomatiyasının rəhbəri qeyd edib ki, İqlim dəyişikliyi problemi və Afrikanın ölkələrinin Təhlükəsizlik Şurasında təmsil olunması məsələsi AU sammitinin mövzuları arasındadır.

Şükri bildirib ki, region ölkələri BMT Təhlükəsizlik Şurasına daimi üzvlük əldə etmək üçün möhkəm dayanıb.