Ən son xəbərlər:

20.02.2023/19:22/ Buzlar əriyir: Türkiyə heyəti 10 ildən sonra ilk dəfə Misirdə

Buzlar əriyir: Türkiyə heyəti 10 ildən sonra ilk dəfə Misirdə.

xeberaz.info-nun məlumatına görə Misir hökuməti son 10 ildə ilk dəfə türk şirkətlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə RT Arabic məlumat yayıb.

Misirin baş naziri Mustafa Madbouli bir qrup türk investoru, o cümlədən sənaye zonalarının inkişafı üzrə ixtisaslaşmış Polaris Parks şirkətinin nümayəndəsi ilə görüşüb. Şirkət 2007-ci ildə Misirdə yaradılıb.

İnvestor bildirib ki, Polaris Parks 6 meqalayihədən ibarət investisiya portfelinə malikdir və bu, 20 milyard Misir funt sterlinq həcmində investisiya cəlb etməyi bacarıb. Layihələrə 100 min işçi cəlb olunub.

Diktaş iplik və sap istehsalı şirkətinin sözçüsü onun şirkətinin Madinat es Sadat-da özəl azad zonada yerləşdiyini bildirib. Onun investisiyaları 45 milyon dollara çatır, işçilərin sayı 1600 nəfərdir.

Qeyd edək ki, türklər Misirin bir çox sənaye sahələrində investisiya layihələrində iştirak edirlər.Türkiyəli iş adamları Misirlə Aİ arasında ticarət müqavilələrinin üstünlüklərindən yararlanaraq, öz məhsullarının Avropa bazarına sərbəst şəkildə daxil olmasına şərait yaradırlar.