Ən son xəbərlər:

20.02.2023/19:15/ Türkiyə ABŞ-dan döyüş təyyarələri üçün pulun geri qaytarılmasını tələb edir

Türkiyə ABŞ-dan döyüş təyyarələri üçün pulun geri qaytarılmasını tələb edir.

xeberaz.info-nun məlumatına görə Türkiyə ABŞ-dan F-35 qırıcılarının tədarükü proqramına yatırılan pulun geri qaytarılmasını tələb edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Entoni Blinkenlə keçirdiyi birgə mətbuat konfransında ABŞ-dan Türkiyənin F-35 tədarükü proqramından xaric edilmədən əvvəl yatırdığı pulu geri qaytarmasını tələb edib.

Bu, birtərəfli qərar idi. Bizim ödədiyimiz 1,4 milyard dollar rəqəmi var. Ödənilmiş pulun geri qaytarılmasını gözləyirik.