Ən son xəbərlər:

20.02.2023/15:20/ Bayden Kiyevdə Ukraynaya 500 milyon dollar məbləğində yardım göstəriləcəyini açıqlayıb

Bayden Kiyevdə Ukraynaya 500 milyon dollar məbləğində yardım göstəriləcəyini açıqlayıb.

xeberaz.info-nun məlumatına görə Kiyevə gələn ABŞ prezidenti Co Bayden bu gün, fevralın 20-də ukraynalı həmkarı Vladimir Zelenskiyə 500 milyon dollar yardım göstəriləcəyini açıqlayıb.

Bayden bildirib ki, bu gün Kiyevdə prezident Vladimir Zelenski və onun komandası ilə Ukraynaya dəstəyimizlə bağlı uzun söhbət etmək üçün görüşürəm. Ukrayna xalqını havadan bombardmanlardan qorumaq üçün lazım olan artilleriya sursatları, tank əleyhinə mərmilər, hava müşahidə radarları da daxil olmaqla, kritik avadanlıqların növbəti çatdırılmasını elan edirəm.

Bayden bu həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacağını bildirib. Onun sözlərinə görə, o, Kiyevə demokratiya və Ukraynanın suverenliyini dəstəklədiyini bəyan etmək üçün gəlib.

Bayden Kiyevdə Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi vermək niyyətində olduğunu bildirib. Bundan başqa, Amerika lideri, Kiyevə HIMARS üçün mərmi verəcək.

Zelenski bu səfəri bütün ukraynalılar üçün mühüm dəstək siqnalı adlandırıb.

Bu, Baydenin ABŞ prezidenti seçildikdən sonra Ukraynaya ilk səfəridir.