Ən son xəbərlər:

20.02.2023/14:46/ Avropa Rusiyanı Hindistana ən böyük neft tədarükçüsü edib

Avropa Rusiyanı Hindistana ən böyük neft tədarükçüsü edib.

xeberaz.info-nun məlumatına görə Rusiya neftinin Hindistana ixracı yeni rekorda imza atıb. Yanvarda tanker tədarükü sutkada 1,4 milyon barelə yüksəlib. Avropanın Rusiya neftinin idxalına qadağa qoymasından sonra Rusiya Hindistana ən çox qara qızıl ixrac edən ölkə olub.

Aİ embarqosu Rusiyanı Hindistanın ən böyük neft tədarükçüsü edib. Yanvarda, Reuters-in məlumatına görə, xammal ixracı artmaqda davam edib və sutkada 1,4 milyon barel təşkil edib – bu dekabr ayı ilə müqayisədə 9,2% çoxdur. Beləliklə, Rusiya əvvəllər Hindistana ən böyük neft ixrac edən İraq və Səudiyyə Ərəbistanınını ötüb keçir.

Yanvarda Hindistanın xammal idxalında Rusiyanın ümumi payı 27%-ə yüksəlib. Ümumilikdə ölkəyə sutkada 5 milyon barel neft daxil olub.

S&P Platts-a görə, Rusiya neftinin tankerlərlə ən çox daşınması Hindistanın payına düşüb. Yanvarda dəniz yolu ilə Çinə gündəlik 1,14 milyon barel neft çatdırılıb.

Ənənəvi olaraq, Hindistan neftayırma zavodları dekabr və yanvar aylarında ən çox neft idxal edir. Bu, dövlət müəssisələrinin profilaktik təmir aparmaması və birinci rübdə hökumətin qarşıya qoyduğu hədəfləri yerinə yetirməsi ilə bağlıdır.