Ən son xəbərlər:

20.02.2023/09:41 / Sudanda əhalinin üçdə biri hazırda ciddi ərzaq təhlükəsizliyi ilə üzləşir

Ümumdünya Ərzaq Proqramı: Ukrayna əvəzinə bütün dünya Sudanı yedizdirəcək.

xeberaz.info-nun məlumatına görə Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli bildirib ki, Ukraynanın «dünyanın ərzaq səbəti» bağlanıb, lakin «bizdə Sudan var». Bu barədə «Ərəb Afrikası» teleqram kanalı məlumat yayıb.

Bisli eyni adlı Sudan ştatında «Əl-Qezirə» kənd təsərrüfatı layihəsinin ərazisində olarkən bildirib ki, «Sudan təkcə özünü deyil, bütün dünyanı qidalandıra bilər!»

Bisli bildirib ki, Sudan 210 milyon akr (təxminən 85 milyon hektar) əkin sahəsinə malikdir: Amma, bunların yalnız 25%-i istifadə olunur. Bununla belə, biz bu ölkəyə buğda istehsalını ikiqat artırmağa kömək etmək üçün düzgün yoldayıq. Özəl sektorun dəstəyi ilə Sudan təkcə özünü deyil, dünyanı qidalandıra bilər!

Qeyd etmək lazımdır ki, Sudan hələ nəinki bütün dünyanı, hətta heş özünü də qidalandıra bilmir. Ümumdünya Ərzaq Proqramının 2022-ci ilin iyun ayına olan məlumatına görə, Sudanda 15 milyon insan, yəni əhalinin üçdə biri hazırda ciddi ərzaq təhlükəsizliyi ilə üzləşir.