Ən son xəbərlər:

20.02.2023/09:08 / Makron Zelenskinin planını dəstəkləyəcəyinə söz verib

Makron Zelenskinin planını dəstəkləyəcəyinə söz verib.

xeberaz.info-nun məlumatına görə Fransa prezidenti Emmanuel Makron bazar günü telefon danışığı zamanı Vladimir Zelenskini əmin edib ki, Fransa beynəlxalq arenada Kiyevin sülh planını dəstəkləyəcək.

Makron Zelenskinin təklif etdiyi 10 bəndlik sülh planına sadiqliyini təsdiqləyib və onu gələcək diplomatik görüşlərdə bu planı beynəlxalq səhnədə dəstəkləyəcəyinə əmin edib.

Telefon danışığı zamanı onlar həmçinin bazar günü başa çatan Münhen Təhlükəsizlik Konfransı zamanı Aİ və NATO liderləri tərəfindən səsləndirilən Ukraynaya hərbi dəstəyin artırılması zərurətinə də toxunublar.

Zelenski 2022-ci ilin noyabrında deyib ki, Kiyevin 10 bənddən ibarət öz “sülh planı” var. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, “hamı üçün” düsturuna əsasən “tutulan şəxslərin” mübadiləsi və Ukraynanın ərazi bütövlüyünün bərpası daxildir. Zelenski bir daha xatırladıb ki, Kiyev ona beynəlxalq təhlükəsizlik zəmanəti verməkdə israrlıdır və müvafiq sənədin layihəsini hazırlayıb. Ukrayna lideri əlavə edib ki, Kiyev ölkənin hərbi əməliyyatlar nəticəsində itkilərini Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün beynəlxalq mexanizm yaratmaq istəyir.