Ən son xəbərlər:

20.02.2023/05:38 / Şimali Koreya Yapon dənizinə üç raket atıb

Şimali Koreya Yapon dənizinə üç raket atıb.

xeberaz.info-nun məlumatına görə Şimali Koreya bazar ertəsi ballistik raketlərin üç buraxılışını həyata keçirib. Müvafiq bildirişlər Yaponiya Sahil Mühafizəsi tərəfindən verilib.

Verilən məlumata görə raketlər artıq düşüb, düşmə sahəsi dəqiqləşdirilməyib. Eyni zamanda, NHK telekanalı mənbələrə istinadən raketlərin Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünü bildirib.

Fevralın 18-də Pxenyan Şimali Hokkaydo adasından 200 km qərbdə, Yaponiyanın eksklüziv iqtisadi zonasına düşmüş “Hvason-15” qitələrarası ballistik raketi buraxıb.