Ən son xəbərlər:

20.02.2023/04:51 / Ukraynada döyüşmək üçün ÇXR-in Rusiyaya silah göndərməsi qırmızı xətt olacaq

Ukraynada döyüşmək üçün ÇXR-in Rusiyaya silah göndərməsi qırmızı xətt olacaq.

xeberaz.info-nun məlumatına görə ABŞ Çinə Ukraynadakı münaqişədə istifadə üçün Rusiyaya potensial ölümcül silahların verilməsinin nəticələri barədə xəbərdarlıq edib. Bu qırmızı xətt olacaq, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild, fevralın 19-da yayımlanan CNN telekanalına müsahibəsində belə deyib.

ABŞ nümayəndəsi bildirib ki, biz Münhen Təhlükəsizlik Konfransında Çinin Ukraynada sülh istədiyini söyləməsi faktını alqışlayırıq, çünki bu cür vəziyyətlərdə həmişə buna çalışırıq. Amma biz onu da bilirik ki, Rusiyanı Ukraynadakı münaqişədə dəstəkləmək niyyəti və ya səyi varsa, bu, qəbuledilməzdir. Bu qırmızı xətt olacaq. ABŞ dövlət katibi Entoni Blinken belə bir addımın nəticələri barədə Çinə açıq şəkildə bildirıb.

Tomas-Qrinfild əlavə edib ki, biz özümüzdən qabağa getmək və planlarımızı açıqlamaq niyyətində deyilik, lakin Çinə açıq şəkildə bildirdik ki, onlar belə bir xoşagəlməz qərar qəbul edərlərsə, bunun nəticələri olacaq.

Blinken bir müddət əvvəl Çinin Rusiyaya hərbi yardım göstərmək imkanını nəzərdən keçirdiyini bildirib.