Ən son xəbərlər:

20.02.2023/04:23 / Rusiyanın Hollandiyadakı konsulluğu xüsusi iş rejiminə keçmək məcburiyyətində qalıb

Rusiyanın Hollandiyadakı konsulluğu xüsusi iş rejiminə keçmək məcburiyyətində qalıb.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Niderlanddakı səfirliyinin konsulluq şöbəsi Hollandiya hakimiyyətinin ölkədə çalışan rus diplomatlarının sayını azaltmaq qərarı ilə əlaqədar xüsusi iş rejiminə keçib. Bu barədə konsulluğun yaydığı məlumatda deyilir.

Nümayəndəlikdən bildiriblər ki, pasportların verilməsindən başqa əvvəllər rəsmiləşdirilmiş qeydlər üzrə ziyarətçilərin qəbulu  həyata keçirilməyəcək. Vətəndaşların qəbulunun növbəti proseduru əlavə olaraq elan ediləcək.

Həmçinin, pensiya məsələləri və Rusiyaya qayıtmaq üçün şəhadətnamələrin rəsmiləşdirilməsi ilə bağlı əvvəlcədən qeydiyyata alınmadan qəbul müvəqqəti olaraq dayandırılıb.

Hollandiya Xarici İşlər Nazirliyi fevralın 18-də ölkədə işləyən rusiyalı diplomatların sayını məhdudlaşdırmaq qərarına gəldiyini açıqlayıb. Mövcud məlumata görə, vəziyyət təxminən 10 nəfərə təsir edəcək. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər. Bundan əlavə, Hollandiya hakimiyyəti Amsterdamdakı Rusiya ticarət ofisini bağlamaq qərarına gəlib.