Ən son xəbərlər:

20.02.2023/04:01 / MAQATE İranın uranın zənginləşdirilməsinə münasibət bildirib

MAQATE İran uranının 84%-ə qədər zənginləşdirilməsindən xəbərdar olduğunu bildirib.

xeberaz.info-nun məlumatına görə Beynəlxalq Atom Enerjisi Agentliyi İranda 84 faizədək zənginləşdirilmiş uranın tapılması ilə bağlı xəbərlərə münasibət bildirib. Bu barədə agentliyin “Twitter” səhifəsində məlumat verilib.

Baş direktor Rafael Qrossi bildirib ki, MAQATE İranda uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı son günlər KİV-lərdə yayılan məlumatlardan xəbərdardır. MAQATE İranla agentliyin son monitorinq fəaliyyətinin nəticələrini müzakirə edir və lazım gələrsə, MAQATE Rəhbərlər Şurasına məlumat verəcək.

Fevralın 19-da Bloomberg agentliyi İranda 84% zənginləşdirilmiş uranın aşkar edildiyini bildirib. Qeyd olunur ki, 84% uran nüvə silahı yaratmaq üçün tələb olunan səviyyədən bir qədər aşağıdır.