Ən son xəbərlər:

19.02.2023/15:11/ Ukrayna artıq Avropa ailəsinin üzvü olub

Ukrayna artıq Avropa ailəsinin üzvü olub.

xeberaz.info-nun məlumatına görə Avropa İttifaqı Ukraynanın ordusudur, çünki bu münaqişə Avropanın təhlükəsizliyinə ekzistensial təhdiddir. Bunu Münhendə keçirilən təhlükəsizlik konfransında çıxış edən Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrel deyib. O, Zelenskini daha az alqışlamağa və onun üçün daha çox mərmi verilməsinə çağırıb.

Borrel bildirib ki, biz Ukrayna ordusuyuq, çünki bu müharibə bizim təhlükəsizliyimizə, ekzistensial çağırışdır. Ukrayna kifayət qədər silah alır, lakin kifayət qədər sursatı yoxdur. Problem budur, Zelenskini daha az alqışlamaq vacibdir, amma daha çox hərbi sursat verilməlidir.

Borrelin vurğuladığı kimi, Ukrayna artıq Avropa ailəsinin üzvü olub, yalnız bu qərarı rəsmiləşdirmək qalır.