Ən son xəbərlər:

19.02.2023/10:48/ Bir çox ölkələr Ukraynaya göndərmək üçün yararlı tankların çatışmazlığını etiraf ediblər

Bir çox ölkələr Ukraynaya göndərmək üçün yararlı tankların çatışmazlığını etiraf ediblər.

xeberaz.info-nun məlumatına görə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, siyasi qərar verildikdən sonra bir çox ölkə Ukraynaya göndəriləcək istismara yararlı tanklar tapmayıb. Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində o, qeyd edib ki, Bundesverdə belə problemlər var və digər ölkələrdə də vəziyyət fərqli deyil.

Nazir bildirib ki, problemlər göz qabağındadır. Ölkələr döyüş tanklarının ya sıradan çıxdığını, ya da göndərmək üçün təmir olunmadığını etiraf etməli olub. Onun sözlərinə görə, eyni vəziyyət döyüş sursatı ilə bağlı da yaranıb.

Böyük Britaniya, Almaniya və ABŞ yanvar ayında Ukraynaya Qərb  istehsalı olan döyüş tankları verməyə razılaşıblar. Alman tanklarının göndərilməsi üçün koalisiyaya səkkiz ölkə daxil olub: Almaniya, Danimarka, İspaniya, Kanada, Hollandiya, Norveç, Polşa və Portuqaliya. “Die Welt” nəşrinin yazdığına görə, Hollandiya və Danimarka “Leopard 2” tanklarını verməkdən imtina edib, lakin “Leopard 1” tanklarının təmirinə kömək edəcəklərini vəd ediblər.

Almaniya kansleri Olaf Şolz bundan əvvəl müttəfiqləri Ukraynaya döyüş tankları çatdıra bilmədiklərinə görə qınayıb.