Ən son xəbərlər:

19.02.2023/08:00 / ABŞ Rusiya iqtisadiyyatının zəifləməsini davam etdirmək niyyətində olduğunu açıqlayıb

ABŞ Rusiya iqtisadiyyatının zəifləməsini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

xeberaz.info-nun məlumatına görə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyomo bildirib ki, Vaşinqton Rusiya iqtisadiyyatını zəiflətməyə davam etmək niyyətindədir.

Adeyomo bildirib ki, ölkənin əmanətlərinin xərclənməsi zərəri müvəqqəti olaraq ört-basdır edə bilər, lakin bizim hərəkətlərimiz Rusiyanı bu günkü üzünü xilas etmək üçün iqtisadi gələcəyini girov qoymağa məcbur edir. Onun sözlərinə görə, Vaşinqton Rusiya əsassız və qanunsuz işğalını dayandırana qədər səylərini artırmağa davam edəcək. O izah edib ki, xüsusən də Amerika strategiyasının mərkəzi elementlərindən biri sanksiyalardan yayınma cəhdlərinə qarşı durmaq olacaq.

Eyni zamanda ABŞ Xəzinədarlığı rəhbərinin müavini Rusiya iqtisadiyyatının Böyük 20-lik ölkələrindən çox İrana bənzədiyi fikrini ifadə edib.

Fevralın 18-də G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılığa gəliblər. Məlumdur ki, ABŞ və G7 nümayəndələri fevralın 24-də Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi tətbiq edəcəklər.