Ən son xəbərlər:

19.02.2023/07:39 / Zelenskini Yaponiyada keçiriləcək G7 sammitinə dəvət etmək istəyi məlum olub

Zelenskini Yaponiyada keçiriləcək G7 sammitinə dəvət etmək istəyi məlum olub.

xeberaz.info-nun məlumatına görə Yaponiya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskini Xirosimada keçiriləcək G7 sammitinə dəvət etməyi düşünür. Bu barədə NHK telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, tədbirə Hindistanın baş naziri Narendra Modi və avstraliyalı həmkarı Entoni Albanese də dəvət oluna bilər. Onların Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində müzakirələrdə iştirak edəcəkləri planlaşdırılır.

Yaponiya bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitinə ev sahibliyi edəcək.

Bundan əvvəl məlumat verilmişdi ki, G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək barədə razılığa gəliblər. O da məlum olub ki, ABŞ və G7 nümayəndələri fevralın 24-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edəcəklər. Onlar artıq məhdudiyyətlərin tətbiq olunduğu ərazilərə təsir edəcək. Xüsusilə, onlar hərbi sənaye kompleksinə (MİK) və yüksək texnologiyalı avadanlıqların göndərilməsinə yönəlib.