Ən son xəbərlər:

19.02.2023/07:17 / Şimali Koreya qitələrarası raket buraxdığını açıqlayıb

Şimali Koreya qitələrarası raket buraxdığını açıqlayıb.

xeberaz.info-nun məlumatına görə Şimali Koreya ordusu şənbə günü 989 km məsafə qət edən “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. Bu barədə bazar günü Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Raketin 5768,5 km hündürlüyə qalxdığı bildirilir. Yapon dənizində şərti hədəfi uğurla vurub. Onun uçuş müddəti 4015 saniyə olub. Bundan əlavə, KCNA qeyd edir ki, buraxılış əvvəlcədən planlaşdırılmayıb.

Bu, Şimali Koreyanın bu il ikinci raket buraxılışıdır, bundan əvvəlki raket buraxılışı yanvarın 1-də olub.