Ən son xəbərlər:

19.02.2023/06:31 / Əliyev və Paşinyan ABŞ-ın vasitəçiliyi ilə Münhendə danışıqlar aparıb

Əliyev və Paşinyan ABŞ-ın vasitəçiliyi ilə Münhendə danışıqlar aparıb.

xeberaz.info-nun məlumatına görə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan uzun aylardan sonra ilk dəfə fevralın 18-də Münhendə danışıqlar aparıblar.

Almaniya mətbuatının yazdığına görə, baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra İrəvanın Bakı ilə saziş imzalamağa hazır olduğunu bildirib. Bu, əslində regionda uzunmüddətli sülh və sabitliyə zəmanət verəcək.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev müzakirələrdə kifayət qədər olmasa da irəliləyiş olduğunu bildirib.