Ən son xəbərlər:

19.02.2023/05:53 / İsrail nümayəndə heyətinin Afrika İttifaqı sammitinin açılış mərasimini tərk etməsi xahiş edilib

İsrail nümayəndə heyətinin Afrika İttifaqı sammitinin açılış mərasimini tərk etməsi xahiş edilib.

xeberaz.info-nun məlumatına görə İsrail nümayəndə heyəti Efiopiyada keçirilən Afrika İttifaqının sammitinin açılış mərasimindən sözün əsl mənasında qovulub. Hadisə barədə şənbə günü, fevralın 18-də “Times of Israel” qəzeti İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Idarənin rəsmi nümayəndəsi Lior Xayatın sözlərinə görə, mərasim zamanı Israil nümayəndə heyətinin nümayəndələrinə mühafizəçilər yaxınlaşıb və tədbiri tərk etmələrini xahiş edib. Israil Şaron Bar-Linin akkreditə olunmuş müşahidəçi statusuna baxmayaraq Afrika Ittifaqı zalından çıxarıldığı hadisəyə ciddi yanaşır.

İsrail Xarici İşlər Nazirliyi Afrika İttifaqının Əlcəzair və Cənubi Afrika kimi “az sayda ekstremist ölkələrin girovuna” çevrilməsindən kədərləndiklərini vurğulayıb.

Təl-Əviv hesab edir ki, bu dövlətlər nifrətdən qaynaqlanır və İranın nəzarəti altındadır. Bu ölkələrdən narazılıq Pretoriya və Əlcəzairin Afrika İttifaqında İsrailə müşahidəçi statusunun yenidən verilməsi qərarına qarşı çıxması ilə bağlıdır.