Ən son xəbərlər:

07.02.2023/21:00/ ABŞ Azərbaycanla Avropa arasında enerji əməkdaşlığına xeyir-dua verir

ABŞ Azərbaycanla Avropa arasında enerji əməkdaşlığına xeyir-dua verir.

xeberaz.info-nun məlumatına görə Enerji sektoru qlobal iqtisadiyyat üçün həmişə mühüm əhəmiyyət kəsb edib. Lakin son zamanlar enerji əməkdaşlığına siyasət və təhlükəsizlik prizmasından baxılır. Bunun apoteozu Avropa İttifaqı ölkələrinin 24 fevral 2022-ci ildən sonra Rusiya ilə enerji əməkdaşlığını azaltmaq siyasətinə başlayan hərəkətləri oldu. Və enerji daşıyıcıları olmadan yaşamaq mümkün olmadığından avropalılar digər oyunçuların dəstəyi ilə alternativlər axtarmağa başladılar.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 2-də Bakıda ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Laura Lohmanı qəbul edib. Əliyev Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşündə iştirakına görə ABŞ-a təşəkkür edib.

Dövlət Departamentinin əməkdaşı Lohman öz növbəsində qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin köməyi ilə Avropa ölkələrinin enerji resursları ilə təmin olunmasına öz töhfəsini verir. Lohman Azərbaycanı Gürcüstan, Rumıniya və Macarıstanla yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin bağlanması münasibətilə təbrik edib.

Rumıniya və Macarıstanın Avropa İttifaqının bir hissəsi olduğunu nəzərə alsaq, o zaman əslində ABŞ hegemon kimi avropalılara tövsiyələr verir ki, hansı ölkələrlə enerji əməkdaşlığını inkişaf etdirmək mümkündür, hansı ölkələrlə isə mümkün deyil.

Nəticə hamıya məlumdur.