Ən son xəbərlər:

07.02.2023/16:29/ Polşa və onun qonşularının hərbiləşdirilməsi Belarus üçün təhlükəsizlik risklərini artırır

Polşa və onun qonşularının hərbiləşdirilməsi Belarus üçün təhlükəsizlik risklərini artırır.

xeberaz.info-nun məlumatına görə Polşanın və digər qonşu dövlətlərin hərbiləşdirilməsi Belarusun hərbi təhlükəsizliyi üçün riskləri artırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Dövlət katibi bildirib ki, qonşu ölkələrin ərazisində baş verənləri görürük – davamlı hərbiləşmə. Bu xüsusilə Polşa və Baltikyanı ölkələrə aid edilir. Polşa rəhbərliyi bu il hərbi xərclərə ÜDM-in 4%-i həcmində, ağlasığmaz məbləğdə vəsaitin ayrılmasına sərəncam verib. Bu, 28 milyard dollar məbləğindədir.

Aleksandr Volfoviç onu da vurğulayıb ki, Polşa rəhbərliyi bu yaxınlarda Belarus sərhədləri yaxınlığında yerləşdiriləcək yeni mexanikləşdirilmiş diviziya yaratmaq qərarına gəlib. Artıq bu gün Abrams tanklarının, Cənubi Koreyanın Qara Pantera tanklarının və digər zirehli texnikaların – özüyeriyən haubitsaların bu diviziyanın formalaşması üçün alınmasına başlanılıb. Müasir Amerika F-35 təyyarələri alınaraq istifadəyə verilir. Bütün bunlar, təbii ki, Belarus Respublikasının hərbi təhlükəsizliyi üçün riskləri və çağırışları artırır.

O, Baltikyanı ölkələrin də onlardan geri qalmadığını qeyd edib.