Ən son xəbərlər:

07.02.2023/15:41/ NATO ölkələri Baltik dənizi üzərində hava qüvvələri təlimləri keçirib

NATO ölkələri ABŞ-ın iştirakı ilə Baltik dənizi üzərində hərbi hava təlimləri keçirib.

xeberaz.info-nun məlumatına görə NATO ölkələri 4-cü və 5-ci nəsil qırıcılarının  iştirakı ilə təlimlər keçirib. Hollandiya, Polşa və ABŞ Baltikyanı ölkələr üzərində bərabər gücə malik düşmənin təhdidlərinə əsaslanan mürəkkəb ssenarilərə cavab hazırlamaq üçün birgə təlimlər keçirib”, – TASS bu barədə xəbər verir.

Manevrlərdə Hollandiya Hərbi Hava Qüvvələrinə məxsus F-35, Polşa F-16 və Amerika F-15-ləri iştirak edib. Bundan əvvəl məlum olub ki, Polşanın Milli Müdafiə Nazirliyi 2023-cü ildə hərbi təlimlərə 200 minədək hərbçi cəlb etmək niyyətindədir.

Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Polşa hərbçiləri Varşavanın Bemovo rayonundakı aerodromda “Patriot” hava hücumundan müdafiə sistemlərini yerləşdirir.