Ən son xəbərlər:

07.02.2023/15:27/ Qərb Kiyevi F-16 qırıcıları ilə təmin etməyəcək

Qərb Rusiyanın hava hücumundan müdafiə sistemlərinə görə Kiyevi F-16 qırıcıları ilə təmin etməyəcək.

xeberaz.info-nun məlumatına görə Qərb Rusiyanın yerüstü zenit-raket kompleksləri şəbəkəsinə görə Kiyevi F-16 qırıcıları ilə təmin etməkdən imtina edir. Bu barədə The Spectator məlumat yayıb.

Həmçinin qeyd edilir ki, Ukraynanın təmas xətti üzərindəki səmanı Rusiya hava hücumundan müdafiə vasitələrinin çoxlu “qatları” əhatə edir. Qeyd olunur ki, bunlar təkcə S-400 Triumf hava hücumundan müdafiə sistemi kimi iri uzaqmənzilli sistemlər deyil, həm də Buk və Tor hava hücumundan müdafiə sistemi kimi çoxsaylı orta və yaxın mənzilli mobil sistemlərdir.

Rusiyanın 48Ya6-K1 Podlet RLS kimi uzaqmənzilli hədəf aşkarlama sistemləri Ukrayna Silahlı Qüvvələrinin təyyarə və helikopterlərini cəbhə xəttinin xeyli gerilərində vurmağa imkan verir.

ABŞ və müttəfiqlərinin müasir Qərb tankları və zirehli texnikalarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsinə razılıq verdikdən sonra Kiyev sponsorlarından qırıcı təyyarələr tələb edib. ABŞ prezidenti Co Bayden F-16 qırıcılarının ABŞ-da qalmalı olduğunu bildirib.