Ən son xəbərlər:

07.02.2023/10:12/ Səudiyyə Ərəbistanı Asiya, Avropa və ABŞ üçün neft qiymətlərini qəflətən qaldırdı

Səudiyyə Ərəbistanı Asiya, Avropa və ABŞ üçün neft qiymətlərini qəflətən qaldırdı.

xeberaz.info-nun məlumatına görə Bloomberg yazır ki, Səudiyyə Ərəbistanı mart ayında Asiya, eləcə də Avropa və ABŞ-dan olan istehlakçılar üçün neftin qiymətini qəfildən qaldırdı.

Dövlətə məxsus Saudi Aramco mart ayında Asiyaya göndərəcəyi neftin böyük hissəsinin qiymətini qaldırıb.

Arab Light markalı neftin bir barrelinin mart ayı üçün satış qiyməti Oman-Dubay etalonunun dəyərindən 2 dollara yüksəlib. Bu, fevral ayının qiymətindən 20 sent bahadır.

Fevralın 1-də OPEC+ nazirlərinin monitorinq komitəsi iclasda oktyabrda keçirilən görüşdə neft hasilatı ilə bağlı əldə olunmuş razılaşmaları təsdiqləyib və alyansın siyasətinin dəyişdirilməsi ilə bağlı tövsiyə verməyib.