Ən son xəbərlər:

07.02.2023/09:27/ Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir.

xeberaz.info-nun məlumatına görə Yaponiya, Rusiya ilə münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, sülh müqaviləsi bağlamaq istəyir. Müharibənin başa çatmasından 77 il keçməsinə baxmayaraq, şimal əraziləri məsələsinin hələ də həll olunmamış qalması və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin hələ də bağlanmaması təəssüf doğurur. Yaponiyanın baş naziri Fumio Kişida belə deyib.

Hazırda Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir… Bununla belə, Yaponiya hökuməti ərazi məsələsini həll etmək və sülh müqaviləsi bağlamaqda qərarlıdır.

Yanvarın 23-də Yaponiyanın baş naziri Kişida bəyan etdi ki, Tokio Moskva ilə sülh müqaviləsi bağlamaq siyasətini davam etdirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi üzrə danışıqların perspektivi yoxdur.