Ən son xəbərlər:

07.02.2023/05:50/ Moskvada Leninin cəsədini məqbərədən oğurlamağa cəhd edən sərxoş şəxs həbs edilib

Moskvada Leninin cəsədini məqbərədən oğurlamağa cəhd edən sərxoş şəxs həbs edilib.

xeberaz.info-nun məlumatına görə Moskvanın mərkəzindəki məqbərədən Vladimir Leninin cəsədini oğurlamağa cəhd edən sərxoş şəxs həbs edilib. Bu barədə bazar ertəsi TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə fevralın 6-na keçən gecə baş verib. Həmin şəxs Vladimir Leninin cəsədinin yerləşdiyi məqbərəni açıb onu qaçırmaq istəyərkən saxlanılıb. Saxlanılan şəxsin sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, həkimlər saxlanılan şəxsin sərxoşluq fonunda psixiatrik pozğunluq olduğunu müəyyən ediblər.