Ən son xəbərlər:

07.02.2023/06:30/ ABŞ Çinə hava şarının qalıqlarını qaytarmağı planlaşdırmır

ABŞ Çinə hava şarının qalıqlarını qaytarmağı planlaşdırmır.

xeberaz.info-nun məlumatına görə ABŞ texniki ekspertlər balonun göyərtəsində olan müşahidə imkanlarını təhlil etdikdən sonra belə, fevralın 4-də Pentaqon tərəfindən vurulmuş Çin  şarının qalıqlarını Pekinə qaytarmaq planının olmadığını bildirib. Bu barədə “Financial Times” ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbiyə istinadən yazıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin ABŞ-ın Cənubi Karolina sahillərində xilasetmə əməliyyatı aparan hərbi dəniz dalğıclarının çıxardığı hava şarının hansısa hissəsini geri qaytarıb-qaytarmayacağı sualına Kirbi belə cavab verib: “Mən onu geri qaytarmaq planları haqqında heç nə bilmirəm”.