Ən son xəbərlər:

07.02.2023/04:55/ ABŞ Rusiya istehsalı olan alüminiuma 200 faizlik rüsum tətbiq etməyə hazırlaşır

ABŞ Rusiya istehsalı olan alüminiuma 200 faizlik rüsum tətbiq etməyə hazırlaşır.

xeberaz.info Bloomberg-in mənbələrinə istinadən xəbər verir ki,  ABŞ Rusiya istehsalı olan alüminiuma 200 faizlik rüsum tətbiq etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, Rusiya dünyada alüminium metalının ikinci ən böyük istehsalçısıdır.

Rusiya alüminiumu Amerika Birləşmiş Ştatlarının ümumi idxal həcminin təxminən 10% -ni təşkil edir. Lakin yüksək rüsum dərəcəsi ABŞ-a metal idxalını faktiki olaraq dayandıra bilər. ABŞ bu həftə Moskvaya təzyiqləri davam etdirmək üçün Rusiya istehsalı alüminiumuna 200% rüsum tətbiq etməyə hazırlaşır. Bu addım administrasiyanın daxilində aylardır müzakirə olunur.

Xatırladaq ki, Aİ fevralın 24-dək Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul etməyə hazırlaşır.