Ən son xəbərlər:

07.02.2023/03:37/ Ukrayna hakimiyyəti Xarkov vilayətindəki sovet generalı Vatutinin büstünü söküb

Ukrayna hakimiyyəti Xarkov vilayətindəki sovet generalı Vatutinin büstünü söküb.

xeberaz.info-nun məlumatına görə Ukraynanın Xarkov vilayətinin hakimiyyəti Sovet İttifaqı Qəhrəmanı, ordu generalı Nikolay Vatutinin büstünü sökmək qərarına gəlib.

Dnepr uğrunda döyüşlər və Kiyevin azad edilməsi zamanı Birinci Ukrayna Cəbhəsinə komandanlıq etmiş Vatutinin büstü Getmanovka kəndində olduğu dəqiqləşdirilib.

Artıq büstün postamentdən götürüldüyü bildiirilib. Hakimiyyət onu sonradan Rusiya və SSRİ ilə bağlı digər eksponatların saxlanacağı xüsusi otağa köçürmək üçün kommunal xidmətlər anbarına təhvil verib.