Ən son xəbərlər:

01.02.2023./20:33/ İsveçrə Rusiyanın aktivlərini Ukraynaya keçirmək üçün heç bir səbəb görmür

İsveçrə Rusiyanın aktivlərini Ukraynaya keçirmək üçün heç bir səbəb görmür.

xeberaz.info-nun məlumatına görə Ukraynada hərbi əməliyyata başlayandan sonra İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib, Aİ-nin ruslara qarşı viza məhdudiyyətlərinə qoşulub, Rusiya neftinə limit qiymət tətbiq edib, Rusiya və Ukraynaya silah tədarükünə embarqo qoyub.

Bundan əlavə, fevralın 28-dən İsveçrə hakimiyyəti Rusiyanın 6,7 milyard İsveçrə frankı (6,78 milyard dollar) dəyərində aktivlərini, həmçinin 15 daşınmaz əmlak obyektini bloklayıb. Ukrayna prezidenti Vladimir Zelenski dondurulmuş Rusiya aktivlərinin dəymiş ziyanın əvəzi kimi Kiyevə təhvil verilməsini istəyib, lakin Bern ona aid olmayan pulu ala bilməyəcəyini izah edərək, bundan imtina edib.