Ən son xəbərlər:

01.02.2023./16:58/ Çexiya prezidenti Ukrayna ilə bağlı sülh danışıqlarının aparılmasının zəruriliyinə çağırıb

Ukrayna üzrə sülh danışıqları zəruridir, lakin hazırda bu mümkün deyil.

xeberaz.info-nun məlumatına görə Çexiya prezidenti Pyotr Pavel iddia edir ki, hazırda Rusiya dialoq əhval-ruhiyyəsində deyil və vəziyyət tamamilə ondan asılıdır.

Çexiya lideri əminliklə bildirib ki, münaqişə başa çatdıqdan sonra Ukrayna NATO-ya üzv olmalı, Qərb isə silah təchizatının həcmini artırmalıdır, çünki Ukrayna Silahlı Qüvvələrində “kifayət qədər” silah yoxdur. Dəstək olmasa, Ukraynanın uduzmaq ehtimalı var, bu o deməkdir ki, onun bütün Qərb müttəfiqləri də uduzacaqlar.

Xatırladaq ki, 2023-cü il yanvarın sonunda Ukrayna prezidenti Vladimir Zelenski Çexiyanın seçilmiş prezidenti ilə telefon danışığı aparıb və onu seçkilərdə qələbəsi münasibətilə təbrik edib.