Ən son xəbərlər:

01.02.2023./16:44/ Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlamaq qərarına gəlib

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlamaq qərarına gəlib.

xeberaz.info-nun məlumatına görə Qazaxıstan hakimiyyəti Rusiyadakı ticarət nümayəndəliyini bağlamağa hazırlaşır. Bu, ölkə hökumətinin “Açıq reqlamentlər” saytında yerləşdirilmiş fərmanından irəli gəlir.

Qeyd olunur ki, sənədin ictimai müzakirəsi fevralın 15-dək davam edəcək. Eyni zamanda, Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə və Respublika Maliyyə Nazirliyinin Dövlət Əmlakı və Özəlləşdirmə Komitəsinə bu qərardan irəli gələn tədbirləri görmək tapşırılıb.