Ən son xəbərlər:

01.02.2023./16:34/ Rusiyanın Orenburq vilayətində yeni neft yatağı tapıldı

“Qazprom Neft” şirkəti Orenburq vilayətində böyük neft yatağı tapıb.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Orenburq vilayətində 53 milyon ton neft ekvivalentində karbohidrogenlərin geoloji ehtiyatlarına malik yeni böyük neft  yatağı kəşf edilib, – şirkətin mətbuat xidməti bu barədə xəbər verir.

Verilən məlumata görə “Qazprom Neft” Orenburq vilayətinin Taşlinski rayonunda 53 milyon ton neft ekvivalentində geoloji ehtiyata malikdir.

Solneçnıy ərazisindən gələn neft öz xüsusiyyətlərinə görə yüngül növlərə aiddir, tərkibində çirk yoxdur və qeyri-adi parlaq narıncı rəngə malikdir.