Ən son xəbərlər:

01.02.2023./16:14/ 2022-ci ildə Braziliya 16,3 milyon hektar meşə sahəsini itirib

2022-ci ildə Braziliya yanğınlar nəticəsində 16,3 milyon hektar meşə sahəsini itirib.

xeberaz.info-nun məlumatına görə Braziliya keçən il yanğınlar nəticəsində 16,3 milyon hektar meşə sahəsini itirib ki, bu da 2021-ci ilə nisbətən 14% çoxdur. Bu barədə çərşənbə axşamı Telesur telekanalı məlumat yayıb.

Yanğınlar əksər hallarda (70%) avqust-oktyabr ayları arasında baş verib. Amazon ən çox zərər çəkmiş sahədir.  Belə ki, orada 7,9 milyon hektar meşə sahəsi itirilmişdir.

Amazon İnsan və Ətraf Mühit İnstitutunun araşdırmasına görə, Braziliya 2022-ci ildə Amazon meşələrinin kəsilməsinə görə də – 10 min kvadratmetrdən çox sahə üzrə də rekorda imza atıb.