Ən son xəbərlər:

01.02.2023./16:01/ Azərbaycanda İranın xeyrinə təxribatçılıqda şübəli bilinən 39 nəfər saxlanılıb

Azərbaycanda İranın xeyrinə təxribatçılıqda şübəli bilinən 39 nəfər saxlanılıb.

xeberaz.info-nun məlumatına görə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə din pərdəsi altında təxribatçılıq fəaliyyəti ilə bağlı keçirdiyi xüsusi əməliyyat zamanı 39 nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Azərbaycanda din pərdəsi altında təxribat törədən 39 nəfər müəyyən edilərək saxlanılıb.  Saxlanılan şəxslər özlərini dindar kimi təqdim edərək, sosial şəbəkələrdə İranın xeyrinə təbliğat aparıb və ölkədə dini etiqad azadlığından sui-istifadə edərək, İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməkdə şübhəli biliniblər.