Ən son xəbərlər:

01.02.2023./15:16/ Yeni Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinin davam etdirilməsi vacib məsələdir

Yeni Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinin davam etdirilməsi vacib məsələdir.

xeberaz.info-nun məlumatına görə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilənin fəaliyyətini davam etdirməyi çox vacib hesab edir.

Məsələ ilə bağlı dialoqun davam etdirilməsi üçün praktiki olaraq bu günə qədər  heç bir işarə olmamasına baxmayaraq, Moskva müqavilənin uzadılmasını yeganə məqsədəuyğun variant sayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Rusiya Federasiyasına münasibətdə hərəkətlərinin Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılmasının həyata keçirilməsi prinsiplərinin sarsıdılmasına töhfə verdiyini bildirib. Eyni zamanda, buna baxmayaraq Rusiya müqavilənin müddəalarına əməl etməkdə davam edir.

Eyni zamanda rəsmi Moskva Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılmasının Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərdə strateji sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edən faydalı alət olduğu bildirilib.