Ən son xəbərlər:

01.02.2023./14:44/ ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərmək niyyətindədir

ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərmək niyyətindədir.

xeberaz.info-nun məlumatına görə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO müttəfiqləri Kiyevə on milyardlarla dollar dəyərində silah göndərməklə ona dəstək olurlar. Moskva isə öz növbəsində dəfələrlə bildirib ki, Qərb silahlarının göndərilməsi yalnız münaqişəni uzadır.

Birləşmiş Ştatlar Ukraynaya ilk dəfə olaraq uzaqmənzilli raketlər və digər hərbi sursat və silahların daxil olacağı gözlənilən 2,2 milyard dollarlıq hərbi yardım paketi hazırlayır.

Prezident Co Baydenin administrasiyası Ukraynaya indiyədək ümumi olaraq 27,4 milyard dollardan çox hərbi yardım göstərib.