Ən son xəbərlər:

01.02.2023./14:24/ Tacikistanda soğan ixracını qadağa qoyuldu

Qazaxıstanın ardınca Tacikistan da soğan ixracını qadağan etdi.

xeberaz.info-nun məlumatına görə Tacikistan prezidenti Emoməli Rəhmon soğan, kartof və yerkökü ixracına qadağa qoyulması barədə göstəriş verib. Bu barədə ölkənin kənd təsərrüfatı naziri Kurbon Hakimzoda mətbuat konfransında bildirib.

Ölkə prezidenti hakimiyyət orqanlarına bazar sabitləşənə qədər bu məhsulların ixracını ciddi şəkildə qadağan etməyi tapşırıb. Mərkəzi Asiyanın digər ölkələrində soğan qıtlığı və onun maya dəyərinin artması fonunda Tacikistan bu tərəvəzin mövcud ehtiyatlarını lazımi qaydada işlətməlidir.

Nazir yeni soğan məhsulunun aprelin ilk ongünlüyündə ölkə bazarına çıxmasını güman edir.