Ən son xəbərlər:

01.02.2023./12:12/ Rusiya Qərbin diktə etdiyi qiymətlərlə neft ixrac etməyəcək

Rusiya Qərbin diktə etdiyi qiymətlərlə neft ixrac etməyəcək.

xeberaz.info-nun məlumatına görə Fevralın 1-dən Rusiyada Qərb ölkələrinin müəyyən etdiyi neftin qiymətinin limitinə qarşı cavab tədbirləri qüvvəyə minib. Sənədə əsasən, qiymət həddi mexanizminin tətbiqi nəzərdə tutulursa Rusiya şirkətlərinə neft və neft məhsullarını xarici alıcılara ixrac etməsi qadağandır.

Ötən ilin dekabrında G7 ölkələri, Aİ, Avstraliya və Norveç Rusiyadan neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddi müəyyən edilməsi ilə bağlı konsensus əldə ediblər.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya Qərbin diktə etdiyi qiymətlərlə neft ixrac etməyəcək.

Neft ixracına qoyulan qadağa iyulun 1-dək qüvvədə olacaq.