Ən son xəbərlər:

01.02.2023/08:21/ Yunanıstan müdafiə imkanları daxilində Ukraynaya dəstək verməyə hazırdır

Yunanıstan öz  “Leopard 2” tanklarını Ukraynaya vermək fikrində deyil.

xeberaz.info-nun məlumatına görə  Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı “Nikkei Eisha” nəşrinə müsahibəsində Yunanıstanın Ukraynaya “Leopard 2” tankı verə bilməyəcəyini bildirib. Baş nazirin sözlərini çərşənbə axşamı Yunanıstanın onalert.gr xəbər portalı sitat gətirib.

Kiriakos Mitsotakis bildirib ki, Ukraynaya kifayət qədər hərbi dəstək vermişik, xüsusən də zirehli piyada maşınları ilə təmin etmişik, lakin Leopard 2 tanklarını müdafiəmiz üçün tamamilə zəruri olduğuna görə verməyəcəyik. Biz Ukraynanı dəstəkləməyə hazırıq, lakin müdafiə imkanlarımızın zərərinə yox.