Ən son xəbərlər:

01.02.2023/07:27 / Rusiya dayansın, Rusiya getsin, sonra hər şey yaxşı olacaq

Rusiya dayansın, Rusiya getsin, sonra hər şey yaxşı olacaq.

xeberaz.info-nun məlumatına görə  ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Sameh Şükri vasitəsilə Rusiya Federasiyasına xəbər göndərib. Həmin xəbərdə Rusiya Federasiyasına Ukraynadan Rusiya silahlı qüvvələrinin çıxardılması və müharibəni dayandırması çağırışları yer alır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki,  biz misirli nazirdən daha bir mesaj eşitdik ki, Rusiya dayansın, Rusiya getsin, sonra hər şey yaxşı olacaq.