Ən son xəbərlər:

01.02.2023/07:06 / Ukrayna hərbçilərinin Qərb təyyarələrinə ehtiyacı var

Ukrayna hərbçilərinin Qərb təyyarələrinə ehtiyacı var.

xeberaz.info-nun məlumatına görə  Ukrayna ordusunun Qərb istehsalı olan 200-ə qədər çoxməqsədli təyyarələrinə ehtiyacı var. Ordu rəhbərliyi Amerikanın F-16 qırıcıslarını yenidən silahlanma üçün ən çox ehtimal olunan variant hesab edirlər. Bu barədə çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının rəsmi nümayəndəsi Yuri İqnata istinadən “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının rəsmi nümayəndəsi İqnat bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin sayına görə Rusiya Hərbi Hava Qüvvələrindən bir neçə dəfə geridə qalır.

Bundan başqa Ukrayna ordusunda texnologiya baxımından da bu sahədə gerilik var. Ona görə də ordunun Amerikanın F-16 qırıcılarına ciddi ehtiyacı var. Qərb tipli çoxməqsədli təyyarələrin hər hansı bir növü ilə beşə qədər taktiki aviasiya briqadası yaratmaq lazımdır. Onun hansı növ olacağı hazırda müəyyənləşdirilmək ərəfəsindədir.